08.12.2023
Nobel Energy aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsil almaq təşəbbüsünü dəstəkləyir
Nobel Energy (NEQSOL Holdinqin bir hissəsi) məmnunluqla bildirir ki, aztəminatlı ailələrdən olan 30 yüksək potensiallı gəncin reytinqli universitetlərə daxil ola bilməsi üçün lazım olan bilik və bacarıqları təmin edən təhsil layihəsini dəstəkləyir.
Təcrübəli və uğurlu Roof Academic Training təhsil şirkəti tərəfindən həyata keçirilən layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan xüsusi istedadlı gənclərin bakalavr, magistr və MBA səviyyələri üzrə tələb olunan IELTS, SAT, GRE, GMAT, TOEFL imtahanlarına hazırlamaq, o cümlədən, universitet və təqaüd müraciətləri proseslərində onlara dəstək olmaqdır.
Layihə 2023-2024-cü tədris ilində universitetlərə müraciət edən və 2024-cü ilin sentyabr ayından təhsilini xaricdə davam etdirməyi planlaşdıran namizədlər üçün nəzərdə tutulub.
Təqaüd layihəsinə seçim prosesi artıq başlayıb və ilkin ərizə formalarının dəyərləndirməsi, ingilis dili səviyyəsinin yoxlanılması, fərdi müsahibə, mütəxəssis rəyi, ev-ailə ziyarəti və yekun dəyərləndirmə mərhələlərindən ibarət olmaqla 6 mərhələdə yoxlanılacaq. Qeyd olunan mərhələlər zamanı namizədlərin akademik göstəriciləri, dərsdənkənar fəaliyyətləri, sosial təminat səviyyəsi, potensialı, istəyi və aktivliyi əsas meyarlar olaraq dəyərləndiriləcək.
Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: "Təşəbbüs həm ölkənin, həm də Nobel Energy-nin gənclərin reytinqli universitetlərdə təhsilinə dəstək olmaqla ölkəmizdə insan kapitalının inkişafına töhfə vermək hədəfləri ilə tam uyğundur. Artıq aztəminatlı ailələrdən olan bir sıra yüksək potensiallı gənclərin təhsil arzularının həyata keçirmələrinə müsbət təsir göstərmiş bu layihə dəstək olmağımız, Azərbaycanda daha möhkəm və parlaq gələcək qurmaq üçün olan öhdəliyimizi və təvazökar töhfəmizi əks etdirir”.
Redaktorlar üçün qeyd
NEQSOL Holdinqin bir hissəsi olan Nobel Enerji Qrupu dayanıqlı və aşağı karbonlu gələcəyə doğru qlobal keçidə töhfə verməyə sadiq olan İnteqrasiya edilmiş Enerji İstehsalı, İnkişafı və Xidmətləri Şirkətidir. Etibarlı təcrübəsindən, inteqrasiya olunmuş həllərdən, qabaqcıl texnologiyadan, strateji tərəfdaşlıqlardan istifadə etməklə və innovasiyaya güclü diqqət ayırmaqla, Nobel Energy özünü bütün dünyada mürəkkəb və dayanıqlı infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi göstərmişdir.
19.12.2023
Nobel Energy aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsil almaq təşəbbüsünü dəstəkləyir
ƏtraflıGlensol və ENRX mühüm texnologiyanın nümayişi üçün Açıq Gün təşkil edib
Bu yaxınlarda, Glensol şirkəti, qlobal yaşıl texnologiya şirkəti ENRX (keçmiş EFD) ilə birgə Glensolun “Sizin Vahid Pəncərəniz” (Your One Stop Shop) emalatxanasında müştəriləri üçün texnologiya Açıq Günü təşkil edib.
İki gün davam edən tədbir Glensol və ENRX arasındakı yeni tərəfdaşlığı qeyd etmək, həmçinin dənizdəki qurğularda geniş istifadə olunan ENRX-ə məxsus texnologiyaların – induksiyalı isitmə sistemlərinin (isitmə həllərinin) – təqdimatını keçirmək məqsədi daşıyıb.
Glensol şirkətinin Baş direktor müavini Anar Orucov açılış nitqində qeyd edib: “Tərəfdaşlıq əməkdaşlığına başlamaq bizim üçün starteji qərardır və tərəfdaşları seçərkən biz əsas üç cəhətə üstünlük veririk: qabiliyyət, dayanıqlılıq və yerli mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsi. Bunlar bizim öhdəliklərimizi mümkün olan ən yüksək səviyyədə yerinə yetirməyimiz üçün vacib amillərdir.
Bizim ENRX ilə olan əməkdaşlığımız buna gözəl nümunədir. ENRX şirkətinin induksiyalı isitmə və digər yaşıl həll texnologiyaları üzrə olan onilliklərin təcrübəsi bizə dənizdə texniki qulluq xidmətimizi daha təhlükəsiz, sərfəli, sürətli və ən vacibi isə dayanıqlı şəkildə görməyə imkan verir.”
“Bizim yüksək təlim keçmiş mühəndislərimiz açıq alovdan istifadə mümkün olmayan təhlükəli ərazilərdə istiliyi bir neçə saniyə ərzində vermək, yaymaq və metal komponentləri asanlıqla və təhlükəsiz şəkildə çıxarmaq üçün induksiyalı isitmə avadanlıqlarından istifadə edirlər. Ən son olaraq, fürsətdən yararlanaraq mən, bizim tərəfdaş şirkətimizə bu qabaqcıl texnologiyadan səmərəli şəkildə istifadə edə bilmələri üçün yerli mütəxəssislərimizin təlimində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Bu, milliləşdirmə strategiyasına olan vacib töhfədir.”
ENRX şirkətinin Biznesin inkişafı üzrə icraçı şəxsi Skot Klayv Donald deyib: “ENRX və Glensol Xəzər regionundakı müştərilərə xidmət etmək üçün birgə işləyəcəklər. Glensolun təlim keçmiş mühəndisləri və ENRX şirkətinin ixtisaslı mühəndisləri metalların termal genişlənmə üsulu ilə montajı, boya və astar örtüklərinin çıxarılması və qaynaq öncəsi və sonrası metalın qızdırılma prosesidən tutmuş boltların çıxarılmasına qədər sənaye üçün həyati vacib olan texniki iş yükünün öhdəsindən asanlqla gələ biləcəklər.”
“Hər iki şirkətin yaxın və birgə fəaliyyəti müştərilərə “vahid pəncərə” xidməti göstərərək biznes və daha böyük miqyasda sənaye üçün daha çox dayanaqlılığı təmin edəcəkdir. Bu baxımdan keçirdiyimiz iki günlük tədbir böyük uğur idi, belə ki, müştərilər bizim xidmətlərimizin onlara və sənayeyə nə kimi dəyər qata biləcəyinə dair həm məlumat əldə etdilər, həm də prosesi öz gözləri ilə gördülər.”
Redaktorlar üçün qeyd
2012-ci ildə Nobel Energy şirkətinin törəməsi kimi yaradılmış Glensol şirkəti neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkət böyük enerji şirkətləri də daxil olmaqla yerli və xaici neft və qaz şirkətlərinə turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, bp və digər böyük şirkətlər Glensolun müştəriləri sırasındadır.
Glensol şirkəti haqda daha ətraflı məlumat üçün: www.glensol.az
12.07.2023
Glensol və ENRX mühüm texnologiyanın nümayişi üçün Açıq Gün təşkil edib
ƏtraflıNobel Energy və Energetika Nazirliyi 400 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisinə dair memorandum imzalayıb
Nobel Energy (NEQSOL Holdinqin bir hissəsi) məmnunluqla bildirir ki, Naxçıvan şəhərində 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və hasil ediləcək elektrik enerjisinin Türkiyəyə ixracına, qismən də yerli istifadəsinə dair Azərbaycanın Energetika Nazirliyi ilə anlaşma memorandumu (AnM) imzalayıb. Bu əməkdaşlıq dayanıqlı enerji həllərinin inkişaf etdirilməsi və ətraf mühitə nəzarətin təşfiq olunması baxımından mühüm bir hadisədinin tərənnümüdür.
Anlaşma memorandumu, iyun ayının 3-də Naxçıvan şəhərində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən xüsusi tədbirdə, Azərbaycan Respublikasının energetika nazirinin müavini cənab Elnur Soltanov və Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli tərəfindən imzalanıb.
Naxçıvanda yerləşəcək günəş elektrik stansiyasının tikintisi hökumətin ölkə ərazisində “yaşıl enerji zonaları” yaratmaqla təmiz enerjinin təşviqi və karbon emissiyalarının azaldılması istiqamətində sistemli səylərinin bir hissəsi kimi həyata keçiriləcək.
Bu memorandum iqtisadi böyüməni və davamlı inkişafı təmin etmək üçün bərpa olunan enerji potensialından istifadəyə dair ortaq öhdəliyi əks etdirir. Günəş elektrik stansiyası təmiz və etibarlı elektrik enerjisi istehsal etmək üçün qabaqcıl günəş texnologiyasından istifadə edəcək. Layihə regionun zəngin günəş resurslarından istifadə etməklə Türkiyənin dövlət elektrik şəbəkəsinə, eləcə də yerli enerji təchizatına töhfə vermək məqsədi daşıyır.
Vüqar Səmədli deyib: “Bu anlaşma transformasiya strategiyamızın əsas istiqamətlərindən olan ətraf mühitə təsirləri azaltmaqla yanaşı, bütün maraqlı tərəflərimizə əlverişli və etibarlı enerji əldə etməyə kömək etmək həllərin təmin edilməsinin təzahürüdür. Bu, bərpa olunan enerji potensialından istifadə etməklə iqtisadi böyümə və davamlı inkişafa təkan vermək üçün hökumətlə birgə olan öhdəliyimizi əks etdirir.
Biz dayanıqlı inkişafı gücləndirmək, yeni imkanlar yaratmaq və davamlı müsbət təsir göstərmək üçün uğurlu tərəfdaşlığa doğru olan bu səyahətimizin növbəti addımlarını səbirsizliklə gözləyirik. Bu sahə böyük potensiala malikdir və biz bu transformasiya yolunda birgə addımlamağı əminliklə gözləyirik. Mən bizə göstərdiyi etimada və bu mühüm layihə vasitəsilə töhfə vermək imkanı yaratdığına görə hökumətə minnətdarlığımı bildirirəm.”
Bu anlaşma daha yaşıl və daha dayanıqlı gələcəyə aparan yolda irəliyə doğru atılmış mühüm addımdır. Nobel Energy ölkədə daha yaşıl gələcək qurmaq istiqamətində ölkənin ümumi enerji keçidinə töhfə verməsi gözlənilən bu imkanı böyük həyəcanla qarşılayır. Bu anlaşma, dünyanın dəyişən enerji ehtiyaclarını ödəmək üçün həlləri əhatə edən transformasiya strategiyamıza tam uyğundur.
Redaktorlar üçün qeyd
NEQSOL Holdinqin bir hissəsi olan Nobel Enerji Qrupu dayanıqlı və aşağı karbonlu gələcəyə doğru qlobal keçidə töhfə verməyə sadiq olan İnteqrasiya edilmiş Enerji İstehsalı, İnkişafı və Xidmətləri Şirkətidir. Etibarlı təcrübəsindən, inteqrasiya olunmuş həllərdən, qabaqcıl texnologiyadan, strateji tərəfdaşlıqlardan istifadə etməklə və innovasiyaya güclü diqqət ayırmaqla, Nobel Energy özünü bütün dünyada mürəkkəb və dayanıqlı infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi göstərmişdir.
03.06.2023
Nobel Energy və Energetika Nazirliyi 400 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisinə dair memorandum imzalayıb
Ətraflı10-18 Union Street
London, SE1 1SZ
Böyük Britaniya
-------------------------------
Baku Bay Tower
8 Noyabr prospekti 113
Bakı, Azərbaycan AZ1025
+99412 310 44 44
Nobel Energy © Bütün hüquqlar qorunur 2023